Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


12.12.2018  14:19 

Qənirə Paşayeva xəstəliyindən DANIŞDI





A+  A-

“Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə karpal tunel sindromu diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.

O bildirib ki, həkimlər səhhətinin düzələcəyini deyir.

“İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər. Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.

Qeyd edək ki, Qənirə Paşayeva qollarında meydana gələn karpal tunel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.

Xəbər 1502 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +