200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.04.2018  16:52 

Piyadanı vuran maşın yoldan çıxaraq gölə düşüb





A+  A-

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi “Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.

Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 1625 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +