Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


28.03.2023  12:04 

“Dialoqun qapısı bağlana bilər” - İran XİN rəhbəri





A+  A-

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlardan Tehranın çıxması haqqında qanun layihəsi parlamentə təqdim olunub.

XəzərNews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

“Parlamentdə nüvə sazişi üzrə danışıqlara son qoymaq üçün qanun layihəsi var, ona görə də dialoqun qapısı bağlana bilər”, - o deyib.

Eyni zamanda, nazir vurğulayıb ki, İran bu ayın əvvəlində təşkilatın baş direktoru Rafael Qrossi ilə respublikanın hakimiyyət orqanları arasında əldə edilmiş razılaşmalar çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığa sadiqdir.

Xəbər 1002 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +