Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


07.01.2025  17:44 

AİA bu şirkətdən 250 minlik maşın və avadanlıq alır





A+  A-

Azərbaycan İdman Akademiyasi "Ultra Technologies" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq

Xəzərnews.az xəbər verir ki, müqavilə maşın və avadanlıqların satın alınması ilə bağlıdır.

Bağlanacaq müqavilənin maliyyə dəyəri 250.559,43 manatdır.

Qeyd olunub ki, "Ultra Technologies" şirkəti 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. Şirkətin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir.

Deputatla bağlı bioqrafik məlumatlarda onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi qeyd edilib. "Ultra Technologies" MMC 2016-cı ilə qədər "Ultra Computers" MMC adı altında fəaliyyət göstərib. Tahir Mirkişili ilk dəfə 2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib. Bundan sonra şirkətin direktoru vəzifəsindən gedib. Lakin onun uzun illər "Ultra Technologies"də çalışması şirkətin ona məxsus olması barədə iddialara səbəb olub. Bu barədə mediada da dəfələrlər yazılıb. Qarşı tərəf indiəyək bu iddiaları təkzib etməyib. Tahir Mirkişili Milli Məclisdə 42 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edir.

Xəbər 3218 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +