200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.03.2023  12:18 

Mer Ukraynalı müğənninin konsertinə qarşı çıxdı





A+  A-

Krasnodarın (Rusiya) meri Yevgeni Naumov ukraynalı müğənni Ani Lorakın aprelin 27-də bu şəhərdə keçirməyi planlaşdırdığı konsertinə qarşı çıxıb.

XəzərNews.az xəbər verir ki, şəhər rəhbəri bu barədə martın 25-də öz Teleqramında yazıb.

O, ukraynalı sənətçini “Ukraynada hakimiyyətə sevgisini elan edən” şəxs adlandırıb və onun Rusiya Federasiyasında qazandığı pulu Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün köçürə biləcəyini ehtimal edib.

“Biz zəmanət verə bilmərik ki, sonda bu pullar bizim oğlanlara qarşı döyüşənləri dəstəkləməyə getməyəcək”, - Naumov yazıb.

Martın 25-də “Antikor” milli antikorrupsiya portalı müğənninin rəsmi saytından onun çıxış etməyi planlaşdırdığı şəhərlərin siyahısını dərc edən posterin skrinşotunu dərc edib.

Ani Lorak hələlik Krasnodar merinin bəyanatına münasibət bildirməyib.

Xəbər 943 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +