200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.10.2019  17:53 

Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi





A+  A-

İqtisadçı alim Qubad İbadoğlu Azərbaycanda bəzi nazirliklərin ləğv edilməsi və ya başqa bir nazirliyə birləşdirilməsi ilə bağlı təklif irəli sürüb.
XəzərNews.az-ın məlumatına görə, o, hesab edir ki, nazirliklərin sayı 12-yə qədər azaldıla bilər:

“1) Gələn ildən tibbi sığortanın tətbiqini nəzərə alaraq Səhiyyə Nazirliyi ləğv edilsin və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilsin.
2) Sillahlı qüvvələrin texniki təchizatını bir mərkəzdən idarə etmək üçün Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdirilsin.
3) Ölkədə fövqəlada halların baş vermədiyini nəzərə alaraq Fövqəlada Hallar Nazirliyi ləğv edilsin və onun bazasında dövlət komitəsi yaradılsın.
4) İdmançıların polis orqanlarında çalışdığını, gənclər siyasəti ilə prezidentin özünün məşğul olduğunu nəzərə alaraq Gənclər və İdman Nazirliyi də ləğv edilsin.
5) Qeyri-neft sektoru ilə neft-qaz sektoru arasında balansı təmin etmək üçün Energetika Nazirliyi də İqtisadiyyat Nazirliyinə birləşdirilsin.
Beləliklə də nazirliklərin sayı 12-ə qədər azaldılsın”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Xəbər 1995 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +