“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.07.2019  11:21 

“Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm” - Bahar Muradova





A+  A-

Milli Məclisin vitse-spikeri Bahar Muradova şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara cavab verib.
XəzərNews.az Gununsesi.org-a istinadən xəbər verir ki, vitse-spiker həmin mənzil sahibinin şəhid ailəsi olmadığını yazıb.

Adətən həqiqətə uyğun olmayan “xəbərlərə” reksiya verməyin tərəfdarı deyiləm. Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir çərçivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya, şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir. Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu “xəbərləmə”onun müəllifləri üçün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim üçün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu üçün.Odur ki, laqeyd qala bilməzdim.

Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq üçün “vasitə” kimi istifadə olunmuşdur. Hətta bununla belə mən bu “informasiyadan” özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm. Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram. Hamımız üçün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə. Üzümü onlara tutaraq deyirəm:

Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək üçün başqa “imkanlar” yetirsin!

Xəbər 2094 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +