200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.05.2019  16:23 

Fazil Mustafa: “Deputatlar öz dilində yazmağı öyrənsələr, yaxşı olar“





A+  A-

Artıq hamımız az-çox millət vəkili Rasim Musabəyovun "pop-korn” satan uşağa "qalib gəlməsindən” xəbərdarıq. Məsələ ilə bağlı çox şərhlər oldu. Bizim diqqətimizi isə millət vəkilinin həm sözügedən məsələni, həm də ümumilikdə bütün paylaşımlarını rus dilində yazması çəkdi.
XəzərNews.az bildirir ki, Qaynarinfo mövzunu Musabəyovun həmkarı Fazil Mustafa ilə müzakirə edib. Deputat bildirib ki, millət vəkilləri öz dilində yazmağı, oxumağı öyrənsələr, daha yaxşı olar:

"Hərənin öz auditoriyası, məsələyə öz yanaşması var. Yəqin ki, o fikrini bu dildə daha rahat ifadə edə bildiyinə görə bu dili seçib. Fikrimcə, bütün millət vəkilləri Azərbaycan dilini bilməli, bilmirlərsə müəllim tutaraq öyrənməlidirlər. Amma mən bütün hallarda bunu özəl qınaq məsələsi kimi görmürəm. Əsas fikrin samballı şəkildə səsləndirilməsidir. Məsələn, Azərbaycanın ən böyük alimlərindən biri Həsən Quliyev idi. O əsərlərini rus dilində yazırdı, amma onun qədər Azərbaycan ruhunu özündə daşıyan ikinci biri yoxdur. Rasim Musabəyov da kifayət qədər savadlı insandır, lakin görünür daha çox rus dilində təhsil aldığına görə bu dildə də yazır. Amma millət vəkilləri öz dilində yazmağı, oxumağı öyrənsələr, daha yaxşı olar”.

Xəbər 2007 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +