200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.10.2018  08:46 

Rusiya Avropa Şurasından çıxarıla bilər





A+  A-

Krımı işğal etdiyi üçün 2014-cü ildə Avropa Şurasında səsvermə hüququ əlindən alınan Rusiya quruma üzlvlükdən birdəfəlik çıxarıla bilər.
XəzərNews.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, ötən gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclasında gələn ilin yanvarından etibarən Rusiyanın yenidən nümayəndə heyəti ilə təmsil edilmək, Avropa İnsan Haqları Məhkəməsinə hakim və Avropa Şurasına baş katib seçkilərində səsvermə hüququnu bərpa etmək məsələsi müzakirə edilib.

Belçikalı deputat Petra De Sutterin hazırladığı qanun layihəsi 79 lehinə, 99 əleyhinə səs olmaqla qəbul edilməyib.

Xatırladaq ki, Rusiya 2016-cı ildən etibarən Avropa Şurasına nümayəndə heyəti göndərmir. 2017-ci ildən isə illik 33 milyon avro olan üzvlük haqqını ödəməkdən imtina edib.

Dünən baş tutan səsvermənin nəticələri, həmçinin üzvlüklə bağlı öhdəliklərin yerinə yetirilməməsi nəzərə alınaraq Rusiyanın Nazirlər Komitəsi tərəfindən Avropa Şurasından çıxarılması ehtimalı mövcuddur.

Xəbər 1611 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +