Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir


23.04.2025  11:01 

Kiyev ərazilərin bir hissəsindən imtina edəcək - “The Wall Street Journal”





A+  A-

Fransa və Böyük Britaniya hakimiyyəti Ukraynada nizamlanma ssenarisini nəzərdən keçirməyə hazırdır. Bu ssenari çərçivəsində Kiyev Rusiya tərəfindən ələ keçirilən ərazilərin bir hissəsindən imtina edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə aprelin 22-də “The Wall Street Journal” mənbələrinə istinadən yazıb.

Moskvanın ərazi zəbtinin rəsmən tanınması təklifi həm Kiyevdə, həm də Ukrayna ilə ABŞ arasında körpü yaratmağa çalışan avropalı müttəfiqlər arasında narahatlıq yaradıb.

Bununla belə, danışıqlardan xəbərdar olan mənbənin sözlərinə görə, Britaniya və Fransa rəsmiləri Ukraynanın təhlükəsizlik zəmanəti və iqtisadi dəstək müqabilində mövcud nəzarət xətlərini qəbul etməsi ssenarisinə açıqdır.

Nəşr qeyd edir ki, eyni zamanda, Fransa və Britaniya Koreya müharibəsinə son qoyan atəşkəs kimi Rusiyanın Ukraynadan müharibə zamanı ələ keçirdiyi ərazilərə nəzarəti yalnız de-fakto tanıyan sazişə üstünlük verəcəklər.

Xəbər 985 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +