200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.03.2021  08:46 

İnstaqram uşaqları qorumaq üçün yeni qaydalar tətbiq edəcək





A+  A-

İnstaqram sosial mediadan istifadə edən uşaqları qorumaq üçün yeni qaydalar tətbiq edəcək.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, yetkin yaşda olan istifadəçilər onlara abunə olmayan 18 yaşadək uşaqlara şəxsi mesaj göndərə bilməyəcəklər. Tətbiqetmədə həmçinin, uşaqlara mesajlaşdıqları şəxsin çox sayda azyaşlını izləməyə alması ilə bağlı “potensial şübhəli davranışlar” haqqında bildirişlər göndəriləcək. Yeni qaydalar artıq bu aydan etibarən bir neçə ölkədə qüvvəyə minəcək, gələcəkdə isə bütün dövlətlərdə tətbiq olunacaq.

Şirkət ayrıca qeyd edib ki, yeni istifadəçilərdən qeydiyyatdan keçərkən yaşlarını göstərmələri istənilsə, 13 yaşınadək şəxslərin bu xidmətdən istifadəsi qadağan olunsa da, bəziləri səhv doğum tarixini göstərir. İstifadəçilərin yaşını təyin etmək üçün İnstaqram süni intellektə əsaslanan yeni bir texnologiya hazırlayır.

Xəbər 1388 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +