200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.03.2020  12:23 

Sarıkökün orqanizm üçün faydaları





A+  A-

Sarıkök müntəzəm istifadə zamanı yeni koronavirusla mübarizədə orqanizmin qabiliyyətini gücləndirir. Həmçinin bu ədviyyatın sağlamlıq üçün digər üstünlükləri də var.
XəzərNews.az “MedikForum.ru”ya istinadən bildirir ki, çinli həkim Lü Hunşenin sözlərinə görə, immuniteti gücləndirmək üçün sarıkökdən hər gün istifadə etmək lazımdır.

Koronavirusa yoluxmadan qoruması ilə yanaşı, sarıkök orqanizm hüceyrələrin struktur bütövlüyünü qoruyub-saxlayır. Bu, onun iltihabəleyhinə təsiri sayəsində təmin olunur. Sarıkökün tərkibindəki əsas komponent – kurkumin sayəsində o, xərçəng xəstəliyinə yoluxma riskini aşağı salır.

Antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə çiy sarıkök həzm sisteminin işini effektiv şəkildə yaxşılaşdırır. Sarıkökün daha bir əsas faydası – o, artrit zamanı ağrı simptomlarını yüngülləşdirir. Oynaqlardakı yüngül soyuqdəymə zamanı o, dərmanı əvəz etməyə qadirdir.

Həmçinin ədviyyat qan dövranını aktivləşdirməsi və qaraciyəri sağlamlaşdırmaq gücünə sahib olması ilə məşhurdur. Tədiqatlar göstərmişdi ki, onun istifadəsi orqanizmdən toksinlərin daha intensiv şəkildə çıxarılmasına kömək edən fermentlərin istehsalını artırır, bununla da qaraciyərin detoksasiyasını gücləndirir.



Xəbər 1487 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +