200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.03.2019  18:15 

“Gömrük Hospitalında rəisin xüsusi şöbəsi yaradılmışdı”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, prosesdə Fərman Məmmədli bildirib ki, Gömrük Hospitalında xüsusi olaraq “Fikrət Qədiməliyev şöbəsi” yaradılıbmış: “Bu şöbədə yalnız Fikrət Qədiməliyevin ailə üzvləri, qohumları və tanışları qəbul olunurdu. Həmin adamlara bütün xidmətlər pulsuz idi”.

Hospitalın əczaçısı Sevinc Qurbanova deyib ki, gün ərzində 1000 manatlıq mal satsalar da, yalnız 20-30 manatı rəsmiləşdiriblər: “Bizə belə göstəriş verilmişdi”.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini Azər Mustafayev deyib ki, bəzi şirkətlərin malları yoxlanılmadan gömrükdən keçirilib.

Xəbər 1634 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +