200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.07.2018  18:26 

Türkiyə parlamentinin 600 yeni deputatı and içdi





A+  A-

Türkiyə Böyük Millət Məclisinin 27-ci dövr üçün ilk iclası və fəaliyyəti artıq başlayıb.
XəzərNews.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, bu gün 600 deputatın andiçmə mərasimidir.

İclası “İYİ parti” partiyasından millət vəkili, müvəqqəti sədr Durmuş Yılmaz İdarə edir.

Onun nitqindən sonra millət vəkillərinin 27-ci dövr üçün andiçmə mərasimi başlayacaq.

İclası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hazırki baş nazir Binəli Yıldırım yaxından izləyirlər.

Yeni prezident idarə sistemi tətbiq ediləcək Türkiyədə baş nazir vəzifəsi olmayacağı üçün Binəli Yıldırım Türkiyə üçün son baş nazir kimi tarixə düşür.

Bundan sonra onun “AK Parti”nin Milli Məclisdə partiya sədri olacağı danışılır.

Millət vəkilləri içərisində ilk andı elə Durmuş Yılmaz edib.

Yılmaz özü and içəndən sonra necə and içiləcəyi barədə digər millət vəkillərinə xəbərdarlıq edib.

Hazırda digər deputatların and içmə prosesi başlayıb.

Xəbər 1393 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +