Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi


10.02.2022  15:29 

“Sevilya”ya qarşı oynamaq şansım olacaq” – Emreli





A+  A-

“Keçid dövrü mənim üçün uzun çəkdi. Bir ay ərzində demək olar ki, heç nə etmədim. O vaxt koronavirusa yoluxmuşdum. Sonra fərdi qaydada məşqlərə başladım”.

Bu sözləri millimizin hücumçusu Mahir Emreli Xorvatiyanın “Sportske novosti” nəşrinə müsahibəsində deyib. O, yeni klubu Zaqreb “Dinamo”sunda nə vaxt debüt edəcəyi, Avroliqanın 1/16 finalında “Dinamo”nun rəqibi olan “Sevilya”ya qarşı oynamağın mümkünlüyü haqda danışarkən bildirib:

“Hazırda “Dinamo”da ciddi şəkildə çalışıram. Komanda yoldaşlarım və klub əməkdaşları məni çox dəstəkləyirlər. Nə vaxt oynayacağımı isə məşqçi müəyyənləşdirəcək. Əgər hazır olsam, bəlkə də mənim şansım olacaq. Mən səbrlə öz vaxtımı gözləyirəm”.

“Ailəm Zaqrebdə mənimlə olacaq”

Emreli onu da deyib ki, qış fasiləsində ona bir çox təklif olub: “Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, digər variantların hamısını unutduq. Bilirsiniz, mənim anamın futboldan yaxşı başı çıxır. O, futbolu sevir. Biz ailədə söhbət etdik. Dayım, qardaşım, bacım... Onlar hamısı bu keçidin tərafdarı idi. Çünki onlara demişdim ki, mənim birinci variantım “Dinamo”dur. İkinci variantım da “Dinamo”dur. Nəhayət, üçüncü seçimim də “Dinamo”dur”.

Emreli ailəsinin Zaqrebə gələcəyini də deyib: “Mənim qardaşım ilk gündən yanımdadır. Bacım 2 gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq”./Qol.az

Xəbər 1857 dəfə oxunub.



12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +