Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


09.01.2019  16:42 

Dövlət Miqrasiya Xidmətinin rəisi sahibkarlara cavab verdi





A+  A-

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq icazələrin alınmasında (sənədlərin təqdim edilməsi, götürülməsi və sair) nümayəndə vasitəsilə təmsil olunmaqla bağlı sahibkarlıq subyektləri və hüquqi yardım şirkətləri tərəfindən ünvanlanan sualları cavablandırıb.
XəzərNews.az-ın məlumatına görə, V.Hüseynov bildirib ki, sahibkarlıq fəaliyyəti subyektləri (şirkətlər və sair) müvafiq icazələrin alınması ilə bağlı həm özləri, həm də nümayəndə vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Nümayəndələrdən icazələrin alınması üçün sənədləri təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədi və etibarnaməni təqdim etmələri xahiş olunur.

Qurum rəhbəri qeyd edib ki, sahibkarı xidmət müqaviləsi əsasında hüquqi yardım şirkəti təmsil etdikdə həmin müqavilənin də təqdim olunması istənilir.

V.Hüseynovun sözlərinə görə, nümayəndələrin mütləq qaydada sahibkarların işçisi olması və ya məcburi qaydada qeydiyyatdan keçməsi ilə bağlı tələblər yoxdur.

Xəbər 1505 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +