Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?


18.12.2019  16:05 

ABŞ-da minlərlə hərbçi gizli tapşırıq zamanı xərçəngə tutuldu





A+  A-

ABŞ ordusunda baş verən qalmaqal bütün ölkəni silkələyib. ABŞ Konqresi Pentaqondan insidenti araşdırmağı tələb edir.
XəzərNews.az REN TV-yə istinadən məlumat verir ki, İraq və Əfqanıstanda xidmət aparan minlərlə amerikalı hərbçinin ağır formada zəhərlənməsindən sonra onlar onkoloji xəstəliyə tutulub, bəziləri isə vəfat edib.

Hərbçilər rəhbərliyin göstərişi ilə xüsusi gizli tullantıları məhv etməklə məşğul olublar.

Daha sonra məlum olub ki, xüsusi tapşırıq yerinə yetirən hərbçilər insan qalıqlarını, tibbi tullantıları, plastik və zəhərli məhsulları məhv ediblər.

Əsgərlərdən biri ölümündən bir qədər əvvəl göstərişin necə icra olunduğu açıqlayıb.

“Biz zibil, plastik və təhlükəli tullantıları yandırdıq. Bizə verilən qaz maskaları radiasiyadan və radioaktiv kimyəvi tullantılardan qorumaq üçün kifayət deyildi. Yandırılan tullantılarla nəfəs alırdıq”, - Brayn Alvardo adlı amerikalı hərbçi deyib.

ABŞ Müdafiə Nazirliyi isə xəsarət alanlara maddi təzminat ödəməkdən imtina edib. Maraqlıdır ki, rəsmi Pentaqon baş verənləri təkzib etmir. Rəsmilər prosesdə müsbət dinamika müşahidə etdiklərini açıqlayırlar.

Xəbər 1923 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +