Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi


25.02.2025  16:42 

Slovakiyada hərbi obyektdə partlayış olub





A+  A-

Slovakiyanın qərbində yerləşən “Zahorje” hərbi-texniki sınaq institutunun ərazisində partlayış baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi respublikanın xilasetmə xidmətinin nümayəndəsi Danka Tsapakovaya istinadən məlumat yayıb.

"Biz təcili yardım maşınlarını və tibbi xilasetmə helikopterini Zaqorje Hərbi Texniki Sınaq İnstitutuna göndərdik, əldə edilən məlumata görə, orada partlayış baş verdi", - Tsapakova bildirib.

Polis Zaqorjedə fövqəladə vəziyyətin olduğunu təsdiqləyib. Məlumata görə, azı iki nəfər xəsarət alıb.

Slovakiya baş nazirinin birinci müavini və müdafiə naziri Robert Kalinyak bildirib ki, insident institutun ərazisində hədəfə atışlar zamanı baş verib, iki nəfər yaralanıb.

“Fövqəladə vəziyyətin nədən qaynaqlandığını hələlik dəqiq söyləmək mümkün deyil. Sursatdakı barıtın alov alması və ya silah sistemindəki nasazlıq səbəbindən baş verdiyini bilmirik”, - deyə nazir bildirib.

Araz
XəzərNews.az


Xəbər 712 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +