Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video


28.07.2024  14:32 

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 887-ci günü...





A+  A-

Amma Ukrayna torpaqlarında 1000 ildən çoxdur ki, müharibə gedir.

Beyinlərin mübarizəsi, şərə qarşı !

Rusiya öz istəyinə nail olmayacaq, strateji məğlubiyyətə uğradılacaq!

Proses çox çətindir, amma mümkündür!


Xəzərnews.az xəbər verir ki, bu gün Ukraynanın “Dövlətçilik Günü”-dür Bayram-müasir Ukraynanın bir çox nəsillər ilə əlaqəsini, kimliyini və mədəniyyətini xatırladır. Belə ki, bu gün Kiyev rusunun Vəftiz Gününə təsadüf edir.Bəli, 1035 il əvvəl ukraynalılarının köklərini, şanlı tarixini və qəlblərini dolduran o dönməz ruhu xatırladan bir gündür.

Bu, bir daha sübut edir ki, ukraynalıların min ildən çox dövlət quruculuğu təcrübəsi var. Ukrayna ərazisində rusiya aqressiyası, baş verən proseslər(Ukrayna xalqının mübarizə əzmi) onu deməyə əsas verir ki, Ukraynanı heç kim və heçnə özəlləşdirə bilməz! Ukrayna xalqı bir şeyi dəqiq bilir ki müstəqillik onun ən böyük sərvətidir və buna qarşı çıxan istənilən qüvvə laiq olduğu cavabı alacaqdır. Çünki azad və hürr yaşam tərzinə hörmətsizlik edilməsinə, şübhə altına alınmasına heç vaxt imkan verilməyəcək.



Ukrayna xalqı öz yolunu müəyyən edib.Avropa yolu-onu inkişafa, tərəqqiyə, sülh və əminamanlığa qovuşduraraq, Avropa ailəsinin bir üzvü edəcəkdir.Bu yolda çətinliklər də yox deyil.Baş verən proseslər bunu sübut edir.Azadlıq qurban tələb edir, necəki bunu Ukrayna xalqı verir(( İlk öncə raşizm bəlası kimi bir xəstəliyi Ukrayna torpaqlarından qovmaq lazımdır. Rusun buxovu Ukrayna torpaqlarından birdəfəlik gedənə kimi mübarizə davam edəcəkdir! Buna şübhəmiz yox, inamımız isə çoxdur.İnamla qələbəyə doğru.

Bütün ukraynalıları- başda, Ali Baş komandan Volodimir Zelenski olmaqla təbrik edir, uğur və qələbə arzulayıram.

Qabil Osmanlı

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi


Xəbər 4431 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +