Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


04.12.2021  19:09 

Hüquq müdafiəçiləri Vilayət Eyvazovla nə danışıb?





A+  A-

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dekabrın 3-də daxili işlər naziri Vilayət Eyvazovla görüşüblər.

“Əsas müzakirə obyekti Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub”, deyə Səidə Qocamanlı “Turan”-a söyləyib.

S.Qocamanlının sözlərinə görə, nazir Vilayət Eyvazov polis əməkdaşları tərəfindən Tofiq Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib:

“Bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib”.

S.Qocamanlı bildirib ki, V.Eyvazov hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu ilə dialoqa hazır olduğunu bildirib.

“Bu, çox vacibdir. Nazir eyni zamanda Əfv Komissiyasının üzvüdür. Məlum olduğu kimi, əfv institutu siyasi məhbusların azad edilməsi üsullarından biridir”.

29 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı S.Qocamanlı deyib ki, onun vəziyyəti narahatlıq doğurur:

“Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir”.

“Məsələnin operativ həlli yollarından biri ona irəli sürülən ittihamların daha yüngül maddələrə tövsif edilməsi və onun həbsdən azad edilməsidir. Bu qərarı Ali Məhkəmənin Plenumu qəbul edə bilər. Saleh Rüstəmova baş çəkməyimizdən və icra, qanunvericilik və məhkəmə hakimiyyətinin nümayəndələri ilə görüşümüzdən sonra bu şəxsin azad edilməsi məsələsinin müsbət həllinə ümid yaranmağa başlayıb. Təəssüf ki, meydanlarda, KİV-də, sosial şəbəkələrdə ultimatumlarla Rüstəmovun azad edilməsinə nail olmaq cəhdləri yalnız bu istiqamətdəki səylərə xələl gətirir. Bu ziyalı, nəcib insan hansısa siyasi oyunların qurbanı olmamalıdır”, – Qocamanlı belə söyləyib.

Xatırlatma

Dekabrın 1-də paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti sonradan sərbəst buraxılıb.

Dekabrın 2-də Səbail Rayon Məhkəməsi saxlanılan 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.

Eyni zamanda, aksiya günü saxlanılan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi ictimai etiraza səbəb olub.

Xəbər 1752 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +