Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


23.08.2023  10:19 

Rusiya yaxın mənzilli nüvə silahları Belarusda...





A+  A-

Rusiya yaxın mənzilli nüvə silahlarını Belarusa ötürməyə başlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda Portuqaliya prezidenti Marselo Rebelo de Souza ilə keçirdiyi mətbuat konfransında bildirib.

İyun və iyul aylarında Vladimir Putin və Aleksandr Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusa təhvil verildiyini bəyan ediblər. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov iyunun 20-də bildirib ki, Belarusda anbarlar hazırlanır, lakin “hələ bir dənə də olsun döyüş başlığı yerindən tərpənməyib”.

Avqustun 21-də CNN Pentaqonun yüksək rütbəli rəsmisinin bəyanatına istinadla xəbər verib ki, Rusiya Federasiyası və Belarus nüvə silahlarının ötürülməsində “müəyyən uğurlar əldə ediblər”.

Polşa prezidenti transferin baş tutduğunu təsdiqləyib.

“Həqiqətən də, bu proses baş verir, biz bunu görürük”, - Duda bildirib.

O, başqa təfərrüatlar verməyib, lakin bunun Polşanın "yaxın xaricdə" və NATO-nun bütün şərq cinahında təhlükəsizlik arxitekturasını dəyişdirdiyini vurğulayıb.

“Əslində bu, bütün Alyans üçün vəziyyəti dəyişir”, - deyə o, vurğulayıb.

Xəbər 1371 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +