Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


13.11.2020  14:10 

Peskovdan vurulan helikopterlə bağlı daha bir açıqlama





A+  A-

“Bakının helikopterin vurulmasına çox tez reaksiya verməsi Moskvanın hadisə ilə bağlı üzrxahlığı qəbul etməsinə imkan yaradıb”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, əlbəttə ki, bütün hərbi rəhbərlərimiz, silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlarımız üçün ağrıdır. Azərbaycanlıların, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi üzrxahlığın qəbul edilməsinə imkan verdi”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Rusiyanın “Mi-24” helikopteri noyabrın 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında vurulmuşdu. Hadisə nəticəsində iki heyət üzvü həlak olmuş, bir nəfər isə yaralanmışdı.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin səhvən vurulduğu ilə bağlı bəyanat yaymış və Azərbaycan tərəfinin müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu açıqlamışdı.

Xəbər 1835 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +