Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


21.11.2017  15:39 

Rusiya FTX “Palmali“ barəsində araşdırmalara başladı





A+  A-

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti "Palmali" şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb.
XəzərNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur.

Bundan öncə, "Palmali"nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.

Bildirilib ki, o, su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini səhv və ya aşağı göstərib. Belə ki, şirkət qanunvericiliklə müəyyən olunan dövr ərzində 2010-cu ildə dövlət büdcəsinə 881 mln. rubl, 2011-ci ildə isə 401 mln. rubl məbləğində mənfəət vergisini ödəməyib.

Xəbər 1608 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +