İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


02.11.2023  11:21 

Hacıdan sonrakı 8 ay... - Kənan Rövşənoğlu yazır





A+  A-

Ötən 8 ay göstərdi ki, həyat və ölüm arasında məsafə şərtidir, yaşayarkən ölülər var, öldüyü halda yaşayanlar var. 8 ay ərzində elə gün olmadı ki, Hacının bir çıxışını dinləməyəm, ya da bir cümləlik sözünü oxumayım.

İndi fikir verirəm ki, çıxışları bu gün, yəni Hacı Şahinin fiziki olaraq həyatda olmadığı günlər üçün qoyub getdiyi konseptləri imiş. Bu adam 48 ilə nə qədər fəaliyyət sığdıra bildi?

Bəlkə 10-dan çox jurnalist birbaşa və ya dolayı yolla məndən Hacının nömrəsini almışdı, heç kimə yox demirdi, hər kəsin, hər mövzuda suallarını cavablandırırdı. Hətta əyləncəli proqramlara çıxırdı. Bilirdim ki, dostları, elə mən də razı deyildim. Özünə də üstüörtülü şəkildə demişdim, amma mənim bilmədiyim şeylər varmış.

Heç demə Hacı tələsirmiş, vaxtın az olduğunu bilirmiş. Buna görə də bütün sözləri, fikirləri demək istəyirmiş ki, sonra özü olmayanda biz onları dinləyək, faydalanaq, bizə yol göstərsin.

Diri olmaq elə budur. İslam dininə görə, insanın əməl dəftəri öldükdən sonra bağlanır, yalnız öyrətdiyi elm və tikdiyi bulaqdan ölümündən sonra da ona savab gəlir. Bu mənada mənə görə Hacı Şahin diridir və əməl dəftəri də açıqdır. Nə qədər biz onun sözlərini dinləyib örnək alacağıq Hacı o zamana qədər diri olacaq.

Ruhun şad olsun əziz ustad!

Səni tanıyan, səndən bəhrələnən sonuncu insan ölənə qədər Sən dirisən, yaşayacaqsan!


Foto Ərəfə ziyarəti zamanı qədim Küfə məscidi qarşısında çəkilib.

Kənan Rövşənoğlu

Xəbər 6930 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +