İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


19.05.2025  11:20 

Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir





A+  A-

Bakı və digər şəhərlərdə aparılan yenidənqurma işləri çərçivəsində sökülən evlərlə bağlı vətəndaşların kompensasiya tələbləri nəzərə alınaraq Nazirlər Kabineti yeni qərar üzərində çalışır.

XəzərNews.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırlanan yeni sənəddə kvadratı az olan fərdi yaşayış evlərinə ödəniləcək kompensasiya məbləğləri yenidən müəyyənləşdiriləcək və bu rəqəmlər əhalini qane edəcək səviyyədə olacaq.

İlkin mərhələdə, xüsusilə sahəsi 30 kvadratmetrə qədər olan evlər üçün nəzərdə tutulan kompensasiya məbləğləri ön plana çıxır. Bu addım kiçik evlərdə yaşayan, lakin hazırkı qiymətlərlə uyğun dəyərdə kompensasiya ala bilməyən vətəndaşların sosial rifahını qorumaq məqsədi daşıyır.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, hazırlanan qərarda kvadratmetr başına veriləcək kompensasiya məbləğinin əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılacağı bildirilir.

Bu da söküntü zonasında yaşayan vətəndaşların alternativ yaşayış yeri tapmaqda çətinlik çəkməməsi üçün mühüm rol oynayacaq.

Qeyd edək ki, bu günə qədər vətəndaşlara veriləcən kompensasiya məbləği 2000-2200 AZN arasında dəyişirdi. Yəni qərardan sonra kavratı az olan vətəndaşlar özlərinə yeni mənzil almaqda çətinlik çəkməyəcəklər.

Yeni qərarın yaxın həftələrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, son illər paytaxtın müxtəlif ərazilərində aparılan abadlıq və infrastruktur layihələri çərçivəsində çoxsaylı evlər sökülüb. Bəzi hallarda kompensasiya məbləğlərinin azlığı ilə bağlı narazılıqlar gündəmə gəlib. Bu baxımdan yeni qərarın vəziyyəti köklü şəkildə dəyişəcəyi ümid olunur.

Xəbər 2074 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +