İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


08.04.2025  12:19 

Allaha Tanrı, yaxud Xuda(vənd) demək olarmı?





A+  A-

Yerin - göyün xaliqi və sahibi olan Allahın əslində ən kamil adlarından biri də Tanrıdır. Hər dilin öz xüsusiyyətləri, tutumu, söz zənginliyi var. Tövrat ibrani dilində, İncil arami dilində, Quran da ərəb dilindədir.

Ancaq onların başqa dillərdə olan tərcüməsi də o kitabların əsli kimidir mahiyyətinə görə. Müqəddəslik kağız - vərəqdə, dildə, hərfdə deyil, mənada, mahiyyətdədir.

Bayaq qarşıma bir video çıxdı. Qum mollası qaş-qabaqlı halda minbərin axırıncı pilləkənində oturub danışır ki, bəziləri Allaha Tanrı deyirlər, elə demək olmaz. Qazaxlılar demişkən hələ öz "məssəvincəy" izah da edir ki, Tanrı türk dilindədir.
Amma ona sual verən olmadı ki, fars mollaları "Xudavənd", "Xuda", "Pərvərdigar" deyəndə olar, amma Azərbaycan xalqı Tanrı desə olmaz?

Tanrı ismi də Allahı bütün layiqli sifət və xüsusiyyətləri, atributları ilə tam tərənnüm edir. Əgər bu adlarla Allaha müraciət olunarkən səmavi dinlərin təqdim etdiyi Yaradan nəzərdə tutulursa heç bir problem yoxdur. Yox əgər büt, digər qondarma ilahlar nəzərdə tutulursa bu hər halda yolverilməzdir. Əsas olan niyyət və düşüncədir. Dilində Allah deyən adam qəlbində bütü də nəzərdə tuta bilər. Qədim türklər Yaradana Tanrı, Tengri, kürdlər Ezda və Xweda, farslar Xoda, Xodavənd, Yəzdan deyirdilər. Təbii ki, başqa xalqlar da öz dillərində Yaradanı çağırırdılar.

Əsas olan Quranın tərənnüm etdiyi xüsusiyyətləri ilə Allahı qəbul etməkdir. Quranda qeyd olunur ki, ən gözəl adlar Allaha məxsusdur. (Həşr - 24). Demir ki, yalnız ərəbcə adlar Allaha məxsusdur. Gözəl adlar rusca, farsa, ərəbcə, türkcə, kürdcə, aramicə, yunanca da ola bilər, var da!

Tural İrfan

Xəbər 3426 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +