14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


17.05.2022  10:43 

Millət vəkili Təhsil Nazirliyi yanında İctimai Şuranı darmadağın etdi: “Biz nöqsanların qarşısında durmalıyıq...“





A+  A-

"Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil Nazirliyinin cavabı İctimai Şuranının açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil Nazirliyinin 164 nömrəli məktəbin "Georgi lenti" açıqlamasının sonuncu cümləsi ilə eynidir. "Ağıl ağıldan üstündür" atalar misalı artıq aktuallığını itirir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili, təhsil üzrə tanınmış ekspert Ertibar Əliyev çıxış edib.

E.Əliyevin sözlərinə görə, təəssüflər olsun ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib:

"Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? Qoyduğum məsələnin məğzi budur: Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirlmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir".

Millət vəkili bildirib ki, düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...


Xəbər 7515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +