İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


27.08.2020  15:43 

Daha iki nəfər Azərbaycana ekstradisiya edildi





A+  A-

Azərbaycanın beynəlxalq axtarışa verdiyi iki nəfər ekstradisiya olunub.
Baş prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Faiq Quliyevin arvadı Xəyalə Quliyevaya yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsinə, Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İslam Məmmədovun bir neçə şəxsin etibarından sui istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədilə təkrar dələduzluq əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib .

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Rusiya Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Faiq Quliyev və İslam Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Xəbər 1986 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +