14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


14.02.2020  18:34 

Bu dairənin namizədləri bəyanat yaydılar





A+  A-

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizədlər – tanınmış jurnalist İltifat Hacıxanoğlu və Müşfiq Əliyev birgə bəyanat yayıblar.
XəzərNews.az xəbər verir ki, bəyanatda deyilir:

“9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir namizədə bərabər şərait yaradılıb, onların qeydiyyata alınması prosesindən başlayaraq təbliğat-təşviqat dövründə, xüsusilə də səsəvermə günü heç bir problem və maneəyə rast gəlinməyib.

Seçki prosesini izləmək üçün dairənin 35 seçki məntəqəsi üzrə qeydiyyatdan keçmiş müşahidəçilərə hər cür şərait yaradılmışdı. Dövlət bütün namizədlərə siyasi marafonda sərbəst mübarizə aparmaları üçün öz dəstəyini əsirgəmədi. Biz də deputatlığa namizəd kimi yaradılan bu şəraitdən razılığımızı ifadə edir, seçkilərin demoktarik, ədalətli və şəffaf keçirildiyini bəyan edirik. Seçki siyasi rəqabətdir, burada uduzamaq da qalibiyyət kimi təbii qarşılanmalıdır.

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə lider namizədin 15 min seçicisi olan bir kənddə anadan olması, hazırda da orada yaşaması, əvvəlki deputatlıq fəaliyyəti dövründə Biləcəri və Binəqədi qəsəbələrinə olan diqqəti seçicilərin təkrar etimadını qazanması ilə nəticələnmişdi. Bizim üçün isə daha əhəmiyyətlisi, seçkilərdə gücümüzü sınamaq, sağlam rəqabətin nəticəsi olaraq uduzduğumuza baxmayaraq, xalqın istək və arzularına hörmətlə yanaşmaqdır.

Biz deputatlığa qeydə alınmış namizədlər olaraq 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini alqışlayır, lider namizəd Madər Musayevi təbrik edirik. Bu təbriki bir siyasi mədəniyyət nümunəsi hesab edir, digər həmkarlarımızı da bizi dəstəkləməyə dəvət edirik. Bir daha vurğulayırıq ki, səsvermə günü bizim və müşahidəçilərimizin, həmçinin səlahiyyətli nümayəndələrimizin və vəkillərimizin müşahidələri belə deməyə əsas verir ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə növbədənkənar parlament seçkiləri ölkə qanunvericiliyi, AR Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizədi Anar Əliyev də seçkilərin şəffaf və sağlam rəqabət şəraitində keçirildiyini bəyan edib.

Xəbər 2346 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +