İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


02.11.2019  13:49 

Alı Alıyev növbəti səyyar qəbul-görüşü keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Qazaxlar kəndində keçirilib.
XəzərNews.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

Qazaxlar kəndinin ümumi əhalisi 882 nəfərdi, hal-hazırda 602 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 809 nəfərdir, onlardan 650 nəfərə hər ay 38433 manat vahid aylıq müavinət ödənilir, 7 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Qazaxlar kəndində 4 şəhid ailəsi vardır. Kənd sakinlərindən 230 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 113 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.




Xəbər 1682 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +