İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


10.05.2018  14:36 

Surxay Əliyevə 5 il cəza istənildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasova cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Əliyevin və H. Nəcəflinin hər birinin 5 il 3 ay, S.Məmmədsalayevanın 6 il 6 ay və M.Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

G.Əliyeva və İ.Qasımovaya isə şərti cəza verilməsini tələb edib

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Xəbər 1347 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +