14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


10.06.2024  15:45 

“Əmin deyiləm ki, Qismətin yazdığı esse Röyanın açıqlamasından çox oxunsun”





A+  A-

"Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lərin maddi-texniki bazası bir o qədər də güclü deyil. Redaksiyaların əksəriyyəti 3-4 əməkdaşdan formalaşıb. Onların çoxu gənc və təcrübəsiz jurnalistlərdir. Peşəkar jurnalistlərin çoxu müxtəlif səbəblərdən mətbuatı tərk edib. Obrazlı desək, bugün KİV rəhbərləri şapalaqla üz qızartmaqla məşğuldurlar".

Xəzərnews.az xəbər verir ki, bu sözləri "Şərq"ə açıqlamasında Yenisabah.az saytının baş rüdaktoru Seymur Verdizadə deyib. O, yaradıcı insanlara xüsusi münasibət göstərməyin, onlara yüksək qonarar ödəməyin tərəfdarı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan reallığında bu mümkün deyil:

“Seymur Baycan, Aqşin Yenisey, Qismət Rüstəmov, Cavid Zeynallı və bu kateqoriyaya daxil olan digər intellektual şəxslərin davamlı olaraq yazması mətbuatımız üçün qazancdır, sadəcə, redaksiyaların maddi durumu onların zəhmətini qiymətləndirməyə imkan vermir. Bu gün Azərbaycanda KİV rentabelli sahə deyil. Redaksiyaların böyük əksəriyyəti dotasiya hesabına yaşayır. Belə olan halda intellektual bir müəllifə hər yazısı üçün 200-300 manat ödəmək mümkün deyil. Yazarlar özləri də Azərbaycanda yaşayırlar və KİV-lərin hansı durumda olduğunu yaxşı bilirlər”.

Baş redaktor bildirib ki, oxucunun marağını nəzərə almadan KİV kimi ayaqda qalmaq mümkün deyil:

“Qismətin şəxsiyyətinə də, yaradıcılığına da böyük hörmətim var, amma mən əmin deyiləm ki, Qismətin yazdığı esse Röyanın verdiyi açıqlamadan daha çox oxunsun. Təcrübə göstərir ki, oxucuları və bütövlükdə cəmiyyəti intellektuallardan çox şou-biznes nümayəndələri maraqlandırır. Təəssüf ki, bu gün saytlar arasında IP uğrunda amansız mübarizə gedir. Şou əhlinə arxa çevirən KİV bu mübarizədə məğlubiyyətə məhkumdur. Buna görə də həm KİV rəhbərlərinin, həm də intellektual yazarların qarşısında dayanan əsas vəzifə cəmiyyəti aydınlatmaq, insanlar arasında elmə, ədəbiyyata maraq oyatmaqdır. Belə olsa, istedadları ilə öyünməyə haqqı çatan yazar dostlarımız layiq olduqları qiyməti alacaqlar”.

Xəbər 6474 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +