Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


23.06.2022  22:16 

828 şəxs ƏƏSMN-də işə qəbul edilib





A+  A-

Son illərdə müsahibələrdən uğurla keçmiş 828 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğu vəzifələrində işə qəbul edilib.

XəzərNews.az xəbər verir ki, 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik əməkdaşlarını Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib.

O, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təltif edilən dövlət qulluqçuları sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də 10 əməkdaşının olduğunu, ümumilikdə 2018-ci ildən Nazirliyin 66 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü qeyd edib. Nazirlik əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətə, göstərdiyi böyük etimada görə dövlət başçısına minnətdarlığını bildirib, təltif olunan əməkdaşları bu münasibətlə təbrik edib.

S.Babayev bildirib ki, əhaliyə xidmətlərin yüksək səviyyədə təşkili, bu xidmətlərdə vətəndaş məmnunluğuna nail olunması dövlət qulluğu sisteminin əsas prinsiplərindən biridir.

Nazir dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların ölkəmizdə sosial sahədə aparılan islahatlara, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun göstərilməsi işlərinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində işə qəbul prosesinə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, Nazirlik üzrə son illər ərzində ümumilikdə 1500 vakant vəzifə elan edilib, müsabiqə və müsahibələrdə uğur qazanan 828 şəxs müvafiq dövlət qulluğu vəzifələrinə təyin olunublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən sertifikat əldə edərək və ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayına görə dövlət orqanları arasında birinci yeri tutub.

Tədbirdə Nazirliyin Aparatında və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində inzibati vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edilən ümumilikdə 34 əməkdaş and içib.

Xəbər 1682 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +