Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi


03.05.2017  15:49 

Nazir 4 vəzifəli şəxsi işdən qovdu





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunub, Şabran və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bir sıra meşəbəyiləri, meşəbəyi köməkçiləri və meşə gözətçiləri tutduqları vəzifədən azad edilib, digər cavabdeh meşə mühafizə işçiləri barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.

Hazırda meşə fonduna dəymiş ziyanın bərpa olunması və cavabdeh şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq yoxlamalar il ərzində mütəmadi olaraq davam etdiriləcək.

(bakipost.az)

Xəbər 1433 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +