Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


12.07.2021  14:46 

“Araz”la “Space”in yayımı bir neçə saatlıq dayandırılır





A+  A-

İyulun 12-də Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.
MTRŞ-dan XəzərNews.az-a verilən xəbərə görə, iclasda 25 iyun-9 iyul tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

İyunun 30-da “Araz” radio kanalının efirində saat 13.00-14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub. Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Araz” radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, iyulun 1-i “Space” radio kanalının efirində saat 08.00 -09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub. Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” radio kanalının efirində iyulun 17-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Xəbər 2218 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +