Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


17.10.2020  12:53 

Sabah Bakıda 24 dərəcə isti olacaq





A+  A-

Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 2347 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +