Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


29.01.2018  16:57 

Azərbaycanda 22 əcnəbi saxlanılıb





A+  A-

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 10 nəfər Türkiyə Respublikası, 7 nəfər Pa­kistan İslam Respublikası, 4 nə­fər Hindistan Res­­pub­li­ka­sı və 1 nəfər Türk­mənistan və­tən­da­şı olmaqla ümumilikdə 22 nəfər əcnəbi sax­­­lanılıb.
DMX-nın mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz ya­şadıqları üçün Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılmış 9 nəfər Türkiyə Respublikası vətəndaşının kül­lü miqdarda pul qarşılığında Avropaya gön­dərilmək məqsədi ilə Tür­ki­yə­də yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub.

Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Ka­yik­ciog­luna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Sulyeman Kayikciogluna məx­sus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama ica­zəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstər­ib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların ya­lan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycan Respublikasında müvafiq yaşama icazələri ləğv edil­miş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya gön­də­ri­lə­cək­lə­ri­nə ina­na­raq, müx­təlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qa­çırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.

Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 nəfər Türki­yə vətən­da­şı, 4 nəfər Hindistan vətən­daş­ı və 7 nəfər Pakistan vətən­da­şı, 1 nəfər Türk­mənistan və­tən­daşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.

Qeyd olu­­nan əc­nə­bi­lə­­rin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təs­­diqini tapıb. Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Xəbər 1714 dəfə oxunub.



21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +