14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


20.07.2018  14:05 

Turistlərə bələdçilik edib mənzillərini soydu





A+  A-

Bakıda iranlı turistlərə bələdçilik edən şəxs onların yaşadığı mənzildən oğurluq etdiyinə görə, hakim qarşısına çıxarılacaq.
XəzərNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Nəbiyev Ramid Təbriz oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 24-də Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə keçiriləcək. Cinayət işində 4 nəfər İran İslam Respublikasının vətəndaşı zərərçəkmiş qismində tanınıb.

Belə ki, bu ilin may ayında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən ölkəmizə turist kimi gəlmiş əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, kirəkeşlərin mənzildə olmadıqlarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.
“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Xəbər 1286 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +