Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


23.12.2020  16:29 

“Əlil arabası” ifadəsi “təkərli oturacaq”la əvəzləndi





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ də əlavə edilib.
XəzərNews.az xəbər verir ki, aparılan islahatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir. Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır.

Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər üçün yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsinə başlanıb. Həmçinin, əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasiya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb. Qeyd edilənlərlə əlaqədar da siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda, müasir yanaşmanın nəticəsi olaraq, siyahıda “əlil arabası” ifadəsi də “təkərli oturacaq”la əvəz edilib.

Ümumilikdə, siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.



Xəbər 2087 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +