Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


12.03.2019  21:36 

THY “Boeing 737 MAX”la uçuşları dayandırdı - Daha 3 ölkə qoşuldu





A+  A-

“Boeing 737 MAX” sərnişin təyyarəsinin Efiopiyada qəzaya düşməsindən sonra daha üç ölkə laynerlə planlaşdırılan səfərləri təxirə salıb.
XəzərNews.az xəbər verir ki, Türk Hava Yolları (THY) təyyarənin təhlükəsizlik məsələləri dəqiqləşənədək martın 13-dən ticari səfərləri dayandırmaq qərarı alıb. Bu barədə THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkədə məlumat verib. O bildirib ki, tamamilə təhlükəsiz olduqları təsdiqlənənə kimi həmin təyyarələr ilə uçuşlar həyata keçirilməyəcək.

Hava yollarının mətbuat katibi Yəhya Üstün isə THY-nin aviaparkında 12 ədəd “Boeing 737 MAX”ın olduğunu açıqlayıb.

Almaniyanın Nəqliyyat Nazirliyi də hava məkanının “Boeing” laynerləri üçün bağlandığını bildirib. “Tui” alman konserni bütün istiqamətlərə “Boeing 737 MAX”ın uçuşlarını dayandırıb.

Həmin təyyarənin uçuşlarına qadağa qoyan ölkələrdən biri də Avstriyadır. Bu barədə nəqliyyat naziri Norbert Hofer məlumat verib.

İtaliya da, bu ölkələrin ardınca hava məkanını “Boeing 737 MAX” təyyarələrinə bağlamaq qərarı qəbul edib. Qərar Afrikadakı qəzanın səbəbləri müəyyən edilənədək qüvvədə olacaq.

Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +