Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


21.09.2018  21:48 

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi





A+  A-

Azərbaycan milli komadasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov FİFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.
XəzərNews.az xəbər verir ki, 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib.

O, V tur qarşılaşmasında komandasının yanında olmağı məqsədəuyğun sayıb.

Məlumatı Report-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib. O bildirib ki, FİFA-dan aldıqları dəvətə əsasən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanacaq.

Qeyd edək ki, FİFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransı sentyabrın 23-də Londonda start götürəcək. "The Best" mükafatı isə sentyabrın 24-də təqdim olunacaq. Tədbirə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb. 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kristiano Ronaldo ("Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.

Xəbər 1922 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +