Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


28.08.2017  20:46 

Gürcü “qanuni oğru” saxta Azərbaycan pasportu ilə tutuldu





A+  A-

Rusiyanın Şimali Osetiya Respublikasında üzərində saxta Azərbaycan pasportu olan gürcü “qanuni oğru” saxlanılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin yaydığı məlumatda qeyd olunur ki, “Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb.

O saxta sənədlərlə sərhədi keçməyə çalışıb.

“Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib: “Saxlanılan şəxsin üzərində qismən və ya tam saxtalaşdırılmış bir neçə sənəd aşkar edilib və onlardan heç biri onun əsl kimliyini göstərən sənəd olmayıb”.

Daha sonra əməliyyatçılar onun Gürcüstan vətəndaşı olduğunu, həm ölkəsində, həm də Rusiyada müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs cəzası çəkdiyini müəyyənləşdiriblər.

Saxlanan şəxsin adı açıqlanmır.

Xəbər 1263 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +