Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


15.03.2017  13:30 

“Xruşşovka”larda yaşayanların nəzərinə - Veriləcək sahə 10 faiz çox olacaq





A+  A-

Bu gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Bakının 1- ci mikrorayon ərazisində olan “xruşşovka”ların sökülməsi ilə bağlı brifinq keçirilir.
XəzərNews.az xəbər verir ki, brifinqdə çıxış edən Agentliyin rəisi müavini Elxan Əsədov bildirib ki,1-ci mikrorayon ərazisində olan “xruşşovka”lar əvvəlcə sökülməlidir ki, sahə boşalsın:

“Bunun üçün sakinlər yeni evlərə köçürülənə qədər kirayə evlərdə məskunlaşacaq və onlara bunun üçün kompensasiya veriləcək. Tikiləcək mənzillərin sahəsi ən azı 10 faiz artıq olmalıdır. Kommersiya tipli yaşayış sahələrinin də kirayə haqqı qarşılanacaq. İstəsələr, birdəfəlik satıb yaşayış sahəsinə iddiaçı da olmaya bilərlər. Bunlar müqavilələrdə əks olunacaq. Həmin rayonda 2 uşaq bağçası, 1 məktəb, uşaq yaradıcılıq mərkəzi kimi sosial obyektlər var. Həmin obyektlər FHN-lə birgə digər aidiyyatı qurumlarla müşahidələr aparılacaq. Lazım gələrsə rekonstruksiya olunacaq. Yox, mümkün olmasa sökülüb yerində yenisi tikiləcək. İlk növbədə şəhərsalma planı hazırlanmalı və maliyyə imkanları tapılmalıdır. Sonra layihələndirmə işləri başlanılacaq. Ərazi boşaldıqdan sonra isə layihələr tenderə çıxarılacaq. Son olaraq isə məskunlaşma mərhələsi olacaq. Ərazi 29 hektardan ibarətdir. İlkin araşdırmaya görə 1729 ailə köçürüləcək. Yeni tikiləcək binaların sayı 30-u keçməyəcək”.

Xəbər 1439 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +