Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?


26.10.2018  10:57 

Qızılağac Qoruğunda yanğın söndürülüb





A+  A-

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 25 oktyabr 2018-ci il tarixində saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

Xəbər 1919 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +