Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?


05.06.2023  11:07 

Utilizasiyası: Vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq





A+  A-

Xəbər verdiyimiz kimi, yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası zamanı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi müəyyən müzakirələrə səbəb olub. Məlumatlara görə, bu zaman vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, açıqlananlar ilkin rəqəmlərdir. Onun sözlərinə görə, sürücülərə avtomobilin saz vəziyyətdə saxlanılması, yaxud utilizasiya üçün təqdim olunması ilə bağlı şərt qoyulacaq:

"Avtomobil parkının yenilənməsi üçün bu addım atılmalıdır. Qəzalar baş verir, ölümlər artır. Bütün bunlarda istismar müddətini başa vurmuş avtomobillərin payı çoxdur".
Ekspert əlavə edib ki, bu məsələ barədə hələ ki, yekun qərar verilməyib, müzakirələr davam edir:

“Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utiliziasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhvəsini verəcək”.

Xəbər 1188 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +