Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


28.07.2018  11:32 

BNA sürücülərə müraciət etdi





A+  A-

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət ünvanlayıb.
Qurum tərəfindən XəzərNews.az-a göndərilən tövsiyə xarakterli müraciəti təqdim edirik:

“Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.

Bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyacımız olacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olmuşuq.

Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”.

Xəbər 1905 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +