Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb
Sabahın havası: Bakı yağmursuz olacaq
Paşinyanın dindarlara qarşı mübarizə ehtirası: Nə baş verir?
“BMW“ hərbi maşına çırpılıb


20.05.2025  12:39 

İcra başçısı onları işdən çıxartdı





A+  A-

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov bəzi işçiləri vəzifəsindən azad edib.

XəzərNews.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, başçının əmrinə əsasən, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mirzəyeva Sona Bəhlul qızı vəzifəsindən azad olunub. Onun yerinə Əsgərov Suliddin Yavər oğlu təyin olunub. S.Əsgərov əvvəllər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ə.Əzizovun digər əmrilə RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Balaxanov Nicat Vasif oğlu və Əliyev Cabir Nadir oğlu vəzifələrindən azad ediliblər. Həmin şöbəyə İsrəfilzadə Vaqif İlyas oğlu yeni baş məsləhətçi təyin olunub.

Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Abbasov Rauf Bayram oğlu da vəzifəsindən azad olunub. Bir müddətdir müdiri də olmayan həmin şöbədə təkcə bir işçi qalıb, o da aparıcı məsləhətçi vəzifəsində çalışan Abdullayev Nicat Nadir oğludur.

Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.

Xəbər 902 dəfə oxunub.



04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +