İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


02.10.2019  13:58 

Jurnalistlərə 4-cü bina tikiləcəkmi? - Vüqar Səfərlidən AÇIQLAMA





A+  A-

"Bu gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinləri ilə notarial qaydada müqavilələr (bağışlanma müqaviləsi) bağlanacaq".
XəzərNews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, daha sonra həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil veriləcək: "Dövlət Komitəsi də təyin etdiyi vaxtda SMS vasitəsilə sakinlərə məlumat göndərəcək. Bunun rüsumu ödəniləcək və elektron qaydada çıxarışlar alınacaq".

V.Səfərli xatırladıb ki, jurnalistlər üçün tikilən üçüncü bina 2020-ci ildə hazır olacaq: "Üçüncü bina 3 girişli 255 mənzildən ibarətdir. Gələn il vaxtı çatanda bütün meyar və şərtlər məlum olacaq. 4-cü binaya hazırlıq işləri barədə isə heçnə deyə bilmərəm. Yəqin ki, bu barədə məlumatlar gələn il bilinəcək. Hələ ki, bir şey yoxdur".

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +