İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


09.10.2018  16:08 

Bəzi hakimlərlə bağlı sərt qərar verildi





A+  A-

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda çıxış edən ədliyyə naziri, şuranın sədri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərə toxunaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçiminin həyata keçirilməsi üzrə əməli tədbirləri qeyd edib.

İclasda dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər diqqətə çatdılıb, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.

İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.

Xəbər 1741 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +