“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.07.2023  11:19 

Jurnalist yaxşı maaş almalıdır ki... - Seymur Verdizadə





A+  A-

"Son illər Azərbaycan jurnalistikası müsbət dinamika üzrə inkişaf edir, jurnalist peşəkarlığının artırılması istiqamətində xeyli iş görülüb. Çoxlu sayda gənc, istedadlı imzalar yetişib. Bu sektoru könüllü seçən gənclərin sayı xeyli artıb. Bunlar bizi sevindirir".

XəzərNews.az xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib.

S.Verdizadə bildirib ki, mətbuatın sözün həqiqi mənasında "dördüncü hakimiyyət"ə çevrilməsi üçün hələ çox çalışmaq lazımdır:

"Təəssüf ki, milli media resurslarımızın maddi-texniki bazası zəifdir. Redaksiyalarda əməkdaşların sayı azdır. Bəzən 10 nəfərin işini 5-6 nəfər görməli olur. Bunun müqabilində isə verilən əməkhaqqı azdır. Hesab edirəm ki, jurnalistlərin maddi durumunun yaxşılaşmasının qeydinə qalınmalıdır. Azərbaycanda KİV-lər reklamdan ciddi gəlir götürə bilmirlər. Böyük şirkətlər media ilə işləməyə o qədər də həvəs göstərmirlər. Nəticədə jurnalistlərin yüksək məvacib alması mümkün olmur. Jurnalist yaxşı maaş almalıdır ki, onun gözü başqa adamların əlində olmasın. Biz yalnız azad, müstəqil, güclü mətbuat yaratmaqla vətəndaş cəmiyyəti quruculuğuna töhfə verə bilərik".

Xəbər 1177 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +